1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Bu, ermənilər tərəfindən törədilmiş işğal və genosiddir"
"Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətində Ermənistan yığması üzərində qazandıqları qələbəyə Azərbaycanda verilən reaksiyadan danışıb. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi "Shqiptare" qəzetinin əməkdaşı Erl Muratiyə müsahibəsində ölkəmizdən gözlədiyindən artıq təbrik aldığını bildiirib.
O deyib ki, Bakıya qayıtdıqda Heydər Əliyev Beynəlxalq Hava Limanında pasportuna möhür vuran polisdən tutmuş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komanda yoldaşları onu alqışlayıb: "Mənə bildirdilər ki, bir çox insan oyuna barlarda baxıb və bizə azarkeşlik edib. Məlumdur ki, Azərbaycan və Ermənistan 1991-ci ildən münaqişədədirlər. Bu, ermənilərin Azərbaycan ərazisinə soxulmasından sonra baş verib. Mənim oynadığım klub həmin ərazini təmsil edir. O ərazidən 1 milyon insan qovularaq, Bakı və digər şəhərlərdə məskunlaşıb. Əslində bu, ermənilər tərəfindən törədilmiş bir genosiddir və böyük münaqişədir".
Aqolli Ermənistan üzərində qazandıqları qələbə qarşılığında "Qarabağ"dan aldığı mükafata da toxunub. O bildirib ki, özünü evindən uzaqda hiss etməməsi üçün Ağdam təmsilçisi ona böyük yaxşılıqlar edib: "Mən və albaniyalı komanda yoldaşım Admir Teli bu insanlara o qədər borcluyuq ki... Çünki onlar bizə öz övladları kimi diqqət göstərirlər. 2 il öncə Tiranada Ermənistanı 2:0 hesabı ilə yenərkən, Teli ilə birgə öz məşqçimizdən mükafat almışdıq. Bu dəfə də qələbə qazanacağımıza söz verdik. Çünki Qurban Qurbanov bu klubda olduğum 5 il ərzində mənim üçün, peşəkar səviyyədə yetişməyimdən ötrü xeyli səylə çalışıb. Ermənistan üzərində son qələbəmizdən sonra da çox yaxşı hədiyyə aldıq. Bu, bizə necə dəyər verildiyini göstərir. Mən isə qələbəmizi Bakıda və ondan kənarda yaşayan 1 milyon qaçqınla paylaşmaq istərdim. Onların taleyi müharibə vaxtı kosovolu albanlarınkına oxşayır. Ümidvaram ki, gözəl günlərin birində mən öz ölkəmə qayıdacağam və klubum da öz əcdadlarının uyuduğu doğma şəhərinə qayıdacaq".
Aqolli "Qarabağ"ın bu mövsüm pik səviyyəsinə çatdığını və Avropa Liqasının qrup mərhələsində yaxşı təmsil olunduğunu bildirib. O, klubun İtaliya "İnter"i ilə son oyunda vurduğu qolun ədalətsizcəsinə ləğv olunduğunu xatırladaraq, hazırda Premyer Liqada ən yaxın izləyicilərindən 9 xal öndə olduqlarını söyləyib.