"Mən Hafiz Məmmədova görə bu komandada çalışırdım. Olanlardan onun xəbəri yoxdur". Bu sözləri Sportnet.az-a açıqlamasında "Bakı"nın baş məşqçisi İbrahim uzunca deyib.
Komandadan göndərilməsi ilə bağlı danışan Uzunca olanlarda klubun sabiq icraçı direktoru Yaşar Seyidovun rolu olduğunu qeyd edib: "Yaşar Seyidov AFFA ilə əlbir olub istədiyini edir. İstədiyi oyunçunu meydana buraxır, istəmədiklərini yox. Əgər bu uşaqlar oyuna çıxmaq, oynamaq istəməsələrdi, bunu əvvəlcə edərdi, indi yox. Bilmirəm necə, amma Yaşar Seyidov Hafiz müəllimə hansısa yalan sənəd göstərib. Mən Yaşar Seyidov olan yerdə çalışmaram. Mənim pulda, şöhrətdə gözüm yoxdur. Dediklərimi olduğu kimi də yazın. "Bakı"nın uşaqları əsl kişidirlər. Onların ayaqlarının altından öpürəm. Yaşar bəy Hafiz müəllimdən xəbərsiz məlumat yayır. İndi mən uşaqlarla birgə oyuna çıxacam".
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumat futbolinfo.az saytında yayımlanıb.