1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın futbolçusu Almaniyada
Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münhen şəhərinə yollanıb. Bu barədə Sportnet.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, N.Ələsgərov aprelin 8-də Münhendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. M.Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub.