"Çətin oyun oldu. İlk matçı evdə keçirdik və qələbə qazandıq. Ancaq ən ağır oyun səfərdə olacaq". Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Simurq"u 1:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib.
Təcrübəli müdafiəçi bildirib ki, cavab görüşü çox çətin olacaq: "Bugün də oyun çox gərgin mübarizə şəraitində keçdi. Hər iki komanda çox yaxşı çıxış etdi. Cütün taleyi səfər oyununda həll olunacaq. Bu hesabla deyil, 3:0 udsaydıq belə, demək olmazdı ki, mərhələni keçmişik. Çünki bizi səfərdə "Simurq"la çox ağır oyun gözləyir".
Qeyd edək ki, cavab görüşü aprelin 21-də Zaqatalada keçiriləcək.