
Türkiyə I Liqasında XXXIII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son qarşılaşmasında "Kayserispor" klubu "Karşıyaka" ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ardından "Kayserispor" çempionluq kubokuna qovuşub. Amma nüfuzlu mükafatı "sarı-qırmızılar"a ölkə prezidenti Recep Tayyip Ərdoğan təqdim etməyib. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin mükafatlandırdığı oyunçular arasında "Kayserispor"un azərbaycanlı qapıçısı Kamran Ağayev də olub. Lakin millimizin qolkiperi zədə üzündən matçın "18-liy"inə daxil edilməyib.
Qeyd edək ki, bir neçə tur öncə Kamran Ağayev son anda "Kayserispor"un heyətindən kənarlaşdırılıb. Rəsmi səbəb kimi onun məşq zamanı əlini zədələdiyi göstərilib.