Роберто Манчини yenidən İtaliya milli komandasına qayıtmağa hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist və insayder Nikkolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda "Əl Sədd" komandasına rəhbərlik italiyalı mütəxəssis milli komandaya qayıtmaq naminə vəzifəsindən ayrılmağa razıdır. Mançini maaşında ciddi endirimə də gedə bilər. Onun İtaliya millisində illik qazancı təxminən 2 milyon avro ola bilər. Halbuki, o, Qətər klubunda ildə 28,96 milyon avro maaş alır.
Tərəflər arasında aparılan danışıqlar uğurla davam edir.
Xatırladaq ki, İtaliya millisinin baş məşqçi postuna digər namizədlər sırasında Massimiliano Allegri və Antonio Contenin də adları hallanır.
İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Bosniya və Herseqovina yığmasına uduzub (1:1, penaltilərlə 1:4). Bundan sonra komandanın baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.
Qeyd edək ki, Roberto Mançini 2023-cü ildən “Əl Sədd"ə rəhbərlik edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Təcrübəli mütəxəssis 2018 - 2023-cü illərdə də İtaliya millisinin sükanı arxasında olub.










































































