1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə futbolunda növbəti qalmaqal
Türkiyə çempionatının III Liqasında "Yeni Diyarbakırspor" və "Dənizli BB" komandaları arasında oynanılmış qarşılaşma xoşagəlməz olaylar üzündən yarımçıq qalıb. Sportnet.az-ın məlumatına görə, hadisə sonuncu dəqiqədə verilmiş penaltidən sonra baş verib.
"Dənizli BB"nin lehinə penalti təyin olunduğu vaxt "Yeni Diyarbakırspor" 1:0 hesabı ilə öndə olub. Qonaqlar bu şansdan yararlanaraq, bərabərlik qolunu vurublar. Bununla da meydan sahiblərinin fanatları meydana axışıb. Fanatlar polislərə və hakimlərə daşla hücum ediblər. Onlardan bəziləri yaralanaraq, stadiondaca ilkin tibbi müdaxiləyə ehtiyac duyublar.
Olay nəticəsində 25 azarkeş və 5 polis yaralanıb. Asayiş keşikçiləri azarkeşləri dağıtmaq üçün bibər qazından yararlanmağa məcbur olublar. Matç uzatma dəqiqələrində ikən bitmədən tamamlanıb. Qonaq komanda futbolçuları çevik polis alayının avtomobillərinə mindirilərək, hava limanına çatdırılıblar. Hakimlər isə xüsusi avtomobillə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında stadiondan ayrılıb.