1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Patrik Hikki: "Azərbaycan Ermənistanın "Bakı 2015"də iştirakını alqışlayır"
Ermənistan tərəfinin "Bakı 2015" I Avropa Oyunlarında iştirak təminatı məsələsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax böyük vasitəçilik edib. Sportnet.az-ın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki "France Presse" agentliyinə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanı "Bakı 2015"də iştirak üçün razı salmaq böyük diplomatik nailiyyətdir: "Biz erməniləri inandırmaqla, böyük iş gördük. Azərbaycan da öz növbəsində bu iştirakı alqışlayır. Ötən il mən İrəvana getdim və Tomas Baxın vasitəçiliyi ilə Ermənistan tərəfini Oyunlarda iştiraka razı sala bildim. Bu isə o deməkdir ki, bir çox sahələrdə idman siyasətdən irəli gedir".
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. Oyunlara qatılacaq Ermənistan nümayəndə heyətinin tərkibi hələ tam dəqiqləşməyib.