
AZAL futbolçusu Azər Məmmədovla yollarını ayırıb. Bu barədə Sportnet.az-a klubun meneceri Eldəniz Yusifov məlumat verib.
	
	
O, bildirib ki, artıq Məmmədov kluba gələrək öz transfer vərəqəsini götürüb.
	
	
Qeyd edək ki, Azər Məmmədov cari mövsüm "Araz Naxçıvan"dan transfer edilmişdi.









                 





    
    
    
    
    
    
    
    
    
























































