
Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova "Vaşaş" klubunun heyətində Macarıstan çempionu olub.
Teleqraf xəbər verir ki, 32 yaşlı oyunçu karyerasında 5-ci dəfə bu titulu əldə edib.
Beləliklə, Abduləzimova "qızıl dubl" edib. Daha əvvəl o, "Vaşaş"ın heyətində ölkə kubokunun 5 qat qalibi olub.