1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stadnik yenə olimpiya çempionu ola bilmədi - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsindəki 28 yaşlı pəhləvanın həlledici görüşdə rəqibi yaponiyalı 3 qat dünya çempionu Eri Tosaka olub.
Görüşün əvvəlində Stadnik rəqibinin ayağından tutaraq, onu xalçadan kənara çıxarıb. Bu, ona ilk xalı gətirib. Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə tamamlanıb.
İkinci yarıda Tosaka ona verilən vaxtdan faydalanaraq, hücum edə bilmədiyi üçün Stadnikə daha bir xal verilib. Bundan sonra onun özünə 30 saniyə ərzində xal qazanmaq imkanı verilib. Lakin Stadnik bundan yararlanmadığı üçün fərq 1-ə enib.
Son saniyələrdə isə yaponiyalı güləşçi fənd tətbiq edərək, qələbəyə nail olub. Bununla da Azərbaycan güləşçisi ilk olimpiya çempionluğu şansını əldən verib.
Bununla da Azərbaycan "Rio-2016"da 6-cı medalını əldə edib və aktivindəki gümüşlə bürünc medalların sayını bərabərləşdirib. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.
--------------------------
17:20. Stadnik 3 qat dünya çempionuna finalda rəqib oldu! - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı legioner yarımfinalda bolqarıstanlı Elitsa Atanasova Yankova üzərində təmiz qələbə qazanıb.
2 dəqiqə 15 saniyə davam etmiş görüşdə o, rəqibinin kürəyini döşəyə sıxıb. Finalda Stadnikin rəqibi son 3 dünya çempionatının qalibi, yaponiyalı Eri Tosaka olacaq.
------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində yer alan ukraynalı legioner 1/4 finalda polşalı Nina İvona Markovskanı da çətinlik çəkmədən məğlubiyyətə uğradıb.
Bu dəfə də Stadnik 10:0 hesablı qələbəyə nail olub. Onun yarımfinaldakı rəqibi Elitsa Atanasova Yankova (Bolqarıstan) olacaq. Mariya 6:0 hesabı ilə qalib gələrək finala çıxıb və Azərbaycana "Rio-2016"da növbəti medalı qazandırıb.
------------------------------
18:11. Stadnik möhtəşəm qələbə ilə başladı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı legioner 1/8 finala təsadüf edən ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudeslə üz-üzə gəlib.
Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 10:0. 1/4 finalda onun rəqibi polşalı Nina İvona Matkovska olacaq.