1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mansurovla başladı, Mansurovun çəkisində qırıldı
Azərbaycan yunan-Roma növü üzrə güləş yığması "Rio-2016” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. Sportnet.az-ın məlumatına görə, "klassiklər”imiz də cüdoçular kimi mübarizəni iki eyni əyarlı medalla bitirib.
Fərq ondadır ki, cüdoda bu, gümüş (Rüstəm Orucov - 75 kq, Elmar Qasımov – 100 kq), güləşdə bürünc (Rəsul Çunayev – 66 kq, Sabah Şəriəti – 130 kq) mükafat olub.
Çunayevin qazandığı bürünclə güləş Olimpiya yığmasında medal sayında liderliyini möhkəmləndirib. Belə ki, Azərbaycan olimpiadalarda bu idman növündə artıq 17-ci mükafatını qazanıb. Üstünlük sərbəst növün tərəfindədir – 10:7.
Azərbaycanın müstəqil ölkə kimi Olimpiadada ilk medalı debütündə məhz güləşdə qazanıb. Bu, "Atlanta-1996"da 52 kq-da Namiq Abdullayevin qazandığı gümüş mükafatla olub. Yunan-Roma növündə isə ilk medalımız qızıl olub. Bu, "Afina-2004”də 66 kq-da Fərid Mansurovla realaşıb. Bundan sonra 2 olimpiadada da yunan-Roma növündə medal qazanmışıq. "Rio-2016”da medalsız qalan Rövşən Bayramov (55 kq) Pekin-2008 və London-2012-də finalda uduzaraq gümüş mükafatçı olub. Vitali Rəhimov (60 kq) Pekində gümüş, Emin Əhmədov (74 kq) bürünc medal qazanıb.
Şəriəti ölkəmizə yeni, ağır çəkidə mükafat qazandırıbsa, 25 yaşlı Çunayev Mansurovun çempion olduğu çəkidə 3-cü olub. Onu da nəzərə almaq lazımdır ki, yunan-Roma növündə bunadək son 3 olimpiadada finalda təmsil olundurduqsa, bu dəfə uğurlu seriyamız qırılıb. Maraqlıdır ki, Mansurovla başlayan yunan-Roma növündə uğurlu seriya elə məhz onun çəkisində qırılıb. Son təmsilçimiz olan Rəsul yarımfinalda uduzmaqla Azərbaycan son 12 ildə ilk dəfə bu güləş növündə həlledici qarşılaşmanın iştirakçısı olmayıb. Hətta sərbəst növdə də ardıcıl 3 olimpiadada finalda mübarizə aparmamışıq. Bu, ən yaxşı halda ardıcıl 2 yarış olub.
Xatırladaq ki, həm Şəriəti, həm də Çunayev Bakı-2015 I Avropa Oyunlarının mükafatçısı olub. 27 yaşlı iranlı legioner gümüş medalçı olubsa, Rəsul çempionluq qazanıb.
Mehman Süleymanov