1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mütləq rekord
Azərbaycan müstəqillik qazandıqdan sonra təmsil olunduğu Yay Olimpiya Oyunlarında mütləq rekord müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, ölkəmiz 1992-ci ildən Barselona Olimpiadasından bu yana ən çox idman növündə Olimpiya medalçısı olub.
Bu, 49 kq çəkidə çıxış edən taekvondoçu Patimat Abakarovanın qazandığı bürünc medal sayəsində reallaşıb. Nəticədə ölkəmiz "Rio-2016"da 5 növdə - taekvondo ilə yanaşı, cüdoda Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və sərbəstdə Mariya Stadniklə (48 kq), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) medal qazanıb.
Əslində, boksda medalımızın əyarı hələ dəqiqləşməsə də, Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayorun ən azı "bürünc"ü özlərinə təmin etdikləri artıq bəllidir. Sadəcə, onların çıxışları başa çatmamış medal ölkənin aktivinə yazılmır.
Təmsilçilərimiz "Barselona-1992"də 2 (cüdo və idman gimnastikası), "Atlanta-1996" 1 (sərbəst güləş), "Sidney-2000" (sərbəst güləş, atıcılıq, boks), "Afina-2004"də 3 (atıcılıq, yunan-Roma güləşi, boks), "Pekin-2008" (cüdo, yunan-Roma güləşi, sərbəst güləş, boks), "London-2012 (ağır atletika, sərbəst güləş, yunan-Roma güləşi, boks) 4 növdə mükafatçı olublar.
22 yaşlı Abakarova eyni zamanda Azərbaycana tarixində ilk dəfə taekvondoda Olimpiya medalı qazandırıb. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmadığından, Patimat tarixi nailiyyətə imza atıb. Ölkəmiz isə olimpiadada artıq 8 növdə medala yiyələnib. "Rio-2016"da ilkə imza atan kayak olub. Göründüyü kimi, Braziliyada birdən-birə 2 yeni idman növündə fərqlənə bildik və hər ikisində də bürünc mükafatçı olduq.
Xatırladaq ki, Abakarova "Bakı-2015" I Avropa Oyunlarının bürünc mükafatçısı olub.
Mehman Süleymanov