1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın rekordçu "11-liy"i
Azərbaycan Yay Olimpiya Oyunlarında yeni rekord müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, ölkəmiz olimpiadada 11-ci medalını rəsmiləşdirib. Bununla da olimpiyaçılarımız ən yüksək göstərimiz olan "London-2012"dəki 10 medal sayını yaxşılaşdıra bilib.
11-ci medalın sahibi qadın güləşçi Natalya Sinişin olub. 53 kq çəkidə çıxış edən ukraynalı legioner "Bakı-2015" I Avropa Oyunlarında olduğu kimi, "Rio-2016"da da bürünc medalçı olub.
"Rio-2016"da digər mükafatçılar cüdoda Rüstəm Orucovla (73 kq, gümüş) Elmar Qasımov (100 kq, gümüş), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq, bürünc) Sabah Şəriəti (130 kq, bürünc), sərbəstdə Mariya Stadnik (48 kq, gümüş), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə, bürünc), Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş), taekvondoda Patimat Abakarova (49 kq, bürünc) və boksda Kamran Şshsuvarlı (75 kq, bürünc) olub.
Daha bir boksçu Lorenso Sotomayor də ən azı bürünc medalı özünə təmin edib. Onun medalının hansı əyar olacağı yarımfinal döyüşündən sonra müəyyənləşə bilər. Yəni, Sotomayor da Şahsuvarlı kimi uduzsa, bürünc medalı rəsmiləşdirəcək. Finala çıxacağı halda isə ən azı, gümüş medalçı olacaq və çempionluq uğrunda mübarizə aparacaq.
Qadın güləşçilərimiz "London-2012"də də belə nəticə göstrəmişdi. Onda da Stadnik gümüş medalçı olmuş, Yuliya Ratkeviç bürünc medal qazanmışdı. Fərq ondadır ki, bu dəfə ukraynalı legionerin həmyerlisi Natalya Sinişin 3-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan "Atlanta-96"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, "Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanıb. Göründüyü kimi, mükafat sayında artım tendensiyası davam edib. 1992-ci ildə Barselonada Olimpiya çempionlarımız olan cüdoçu Nazim Hüseynovla idman gimnastı Valeri Belenki həmin vaxt MDB yığmasının heyətində çıxıb ediblər.
Mehman SÜLEYMANOV