1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycandan Rusiyaya idman jesti
Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov "Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?" deyib.
Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir "Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz" söyləyib.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova Oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. "Rio -2016"da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.