Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 5-ci yarış günündə Azərbaycan millisinin daha 2 cüdoçusu tatamiyə çıxıb.
Sportnet.az-ın məlumatına görə, kişilər arasında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyevlə Tural Səfquliyev yarışıb. Səfquliyev 1/8 finaladək irəliləyə bilib. Mehdiyev isə ilkin təsəlliverici görüşdə uduzaraq, 7-ci yerlə kifayətlənib.
Kişilər
90 kq
Təsəlliverici görüş. Məmmədəli Mehdiyev - Uşangi Margiani (Gürcüstan)
1/8 final Tural Səfquliyev - Aleksandr Kukoljla
1/4 final Məmmədəli Mehdiyev - Kristian Totla (Macarıstan)
1/16 final Tural Səfquliyev - Şaxzodbek Sabirov (Özbəkistan)
1/8 final Məmmədəli Mehdiyev - Kedjau Nyabali (Ukrayna)
1/16 final Məmmədəli Mehdiyev - Mahmud Snoussin (Tunis)
1/32 final Tural Səfquliyev - Xose Luis Arroyo Osorno (Peru)
1/32 final Məmmədəli Mehdiyev - Kristian Bodirlaunu (Rumıniya)
Qeyd edək ki, mundialda hələlik iki cüdoçumuz medal qazanıb. Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) gümüş medala sahib olublar.









































































