1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabiq prezident qanun qarşısında cavab verəcək
Irlandiya Milli Olimpiya Komitəsinin sabiq prezidenti və Avropa Olimpiya Komitələrinin (EOC) keçmiş rəhbəri Patrik Hikkinin 2016-cı ildə Braziliyanın paytaxtı Rio şəhərində keçirilən Yay Olimpiya Oyunlarında yol verdiyi qanunsuz hərəkətlərə görə, məhkəmə prosesi olacaq.
Sportnet.az Rusiyanın "TASS" informasiya agentliyinə istinadən məlumat verir ki, adı maliyyə fırıldaqçılığında hallandırılan Hikkinin noyabr ayının 29-da Braziliyada hakim qarşısına çıxarılacağı gözlənilir. Belə ki, o, ötən ilin avqustunda 2016-cı il Olimpiadasına qanunsuz yollarla bilet satmaq məsələsinə görə həbs edilmişdi. Bundan əlavə Hikki xeyli məbləğdə pul mənimsəmə, vergidən yayınma maddələri ilə də ittiham edilir. Ötən ildən bəri Braziliyada ev dustağı olan sabiq rəhbər 400 min avro qarşılığında ölkəsi İrlandiyaya dönmək üçün icazə almışdı. Məhkəməyə çıxarılacaq P.Hikki ona qarşı edilən ittihamları inkar edir.
Qeyd edək ki, Hikki 1988-2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri vəzifələrini icra edib.