Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) gümüş medala sahib çıxıb. Rəhimzadə ardıcıl olaraq, kanadalı, moldovalı və macarıstanlı rəqiblərinə qalib gəldikdən sonra bu gün həlledici görüşdə yaponiyalı Rey Hiquçiyə rəqib olub. Gərgin mübarizə şəraitində keçən görüş Hiquçinin qələbəsi ilə yekunlaşıb - 5:4.
Digər sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq) 1/4 finalda, Füzuli Hüseynov (70 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.
Dünya çempionatı
Sərbəst güləş
57 kq
1/4 final. Əfqan Xaşalov - Cahangirmirzə Turabov (UZB) 2:12
1/8 final. Əfqan Xaşalov - Roberti Dinqaşvili (GEO) 6:1
65 kq
FİNAL. Əli Rəhimzadə - Rey Hiquçi (JPN) 4:5
1/2 final. Əli Rəhimzadə - Roman Aşarin (HUN) 5:3
1/4 final. Əli Rəhimzadə - Maksim Sakultan (MDA) 4:1
1/8 final. Əli Rəhimzadə - Dillon Emmanuel Uilyams (CAN) *3:3
70 kq
1/8 final. Füzuli Hüseynov - Georgi Sulava (GEO) 2:12