
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, bu dəfə də turun sensasiyası 11 yaşlı Səmra Qasımovanın oyununda qeydə alınıb. Çempionatın startında qrossmeyster Xəyalə Abdullaya qalib gələn Qasımova növbəti oyunda daha bir qrossmeyster Aydan Höcətova üzərində qələbə qazanıb. 2 turdan sonra 100%-lik nəticə ilə turnirdə cədvəlinə başçılıq edən vunderkind sabah təcrübəli qrossmeyster Zeynəb Məmmədyarova ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkə çempionatı 9 turdan ibarət olacaq və fevralı 12-də başa çatacaq. III turun oyunları fevralın 6-da keçiriləcək.