
Quba Olimpiya Kompleksində ölüm hadisəsi baş verib.
Sportnet.az-ın məlumatına görə, idman qurğusunda fəhlə işləyən Şabran şəhər sakini Eldar Hökmulla oğlu Hüseynov tikinti işləri zamanı dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb ("Report").