İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı,
Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə keçirilən
FUTPROQNOZ yarışmasının iştirakçılarından olan "İnter” klubunun prezidenti
Georgi Nikolov püşkatmadan sonra maraqlı açıqlama verib. Kolumbiya yığmasının oyunlarına proqnoz verəcəyi müəyyənləşən bolqarıstanlı
funksioner Sportnet.az-a açıqlamasında zarafatından qalmayıb.
O deyib: "Bu ölkənin nə ilə məşhurlaşıdığını hamı bilir. Deyəsən başıma
iş açmaq istəyirsiniz”.
Nikolov Kolumbiya – Yunanıstan oyununa dair proqnoz da verib: "Damarlarımda yunan qanı da axır. Bu üzdən, Yunanıstan millisinə azarkeşlik edirəm. Ümid edirəm ki, onlar bu mundialda uğurlu çıxış edəcəklər. Kolumbiya ilə görüşdə də Yunanıstan 2:1 hesabı ilə qalib gələcək”.