Voleybol üzrə Azərbaycan millisi baş məşqçi Ataman Güneyligil ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə federasiya rəhbərliyi qərar qəbul edib.
Türkiyəli mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib. Bu isə yığmanın Avropa çempionatında qrupdan çıxa bilməməsi ilə əlaqədardır.