Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, bu vəzifəyə 16 yaşadək qızlardan ibarət yığma ilə çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib.
Onun köməkçiləri uzun illərdir Azərbaycanda yaşayan, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauer və U-16 yığmasında çalışmış Aygün Eynullayeva olacaq.
Qeyd edək ki, Azərbaycan millisi cari ilin noyabrında AÇ-2025-in seçmə mərhələ oyunlarında iştirak edəcək.