İtaliya yığmasının yarımmüdafiəçisi Daniele de Rossi komanda yoldaşı Mario Balotellini DÇ-2014-ün qrup mərhələsindəki Uruqvaya qarşı son oyununda aldıqları 0:1 hesablı məğlubiyyətdən sonra "ağ yuyub, qara sərib". Sportnet.az-ın "football-italia"ya istinadən məlumatına görə, fasilədə əvəz edilən "Milan"ın forvardı istefa xəbərini verən baş məşqçi Çezare Prandellini gözləməyən yeganə milli futbolçu olub.
Cinah yarımmüdafiəçisi hakimlik və istidən şikayət etməyin əhəmiyyətsiz olduğunu bildirib. O, yeni səhifə açmağın zəruriliyini də vurğulayıb: "Əsl kişilərlə vuruşmalıyıq. Bizə kolleksiyaçıların topladığı yapışqanlar gərək deyil. Milli komandada belələrinə yer yoxdur".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |