
İspaniyanın "Barselona" klubu daha bir qapıçı ilə müqavilə imzalayıb. Sportnet.az-ın Kataloniya klubunun rəsmi saytına istinadən məlumatına görə, Mönhenqladbah "Borussiya"sından gənc əlcək sahibi Mark Andre ter Stegeni transfer edən "qırmızı-göylər", Çili yığmasının qapıçısı Klaudio Bravonu da rənglərinə qatıblar.
İspaniyanın "Real Sosyedad" klubuna məxsus 31 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Müqavilənin şərtləri barədə əlavə məlumat verilməyib.