Az öncə DÇ-2014-də 1/8 final mərhələsinin daha 2 cütlüyü müəyyənləşib.Sportnet.az-ın məlumatına görə, növbəti mərhələdə Fransa Nigeriya, Argentina isə İsveçrə ilə qarşılaşacaq.
Fransa E qrupunu 7 xalla lider kimi tamamlayıb. Nəticədə 4 xalla F
qrupunun ikincisi olan Nigeriya mundialın ən məhsuldar komandalarından birinə rəqib
olub. Şaqirinin ulduzlaşdığı matçda Hondurası devirərək 6 xalla E qrupunun
ikincisi olan İsveçrə isə F qrupunu maksimum xalla tamamlayan Argentina ilə 1/4
final uğrunda yarışacaq.
Fransa – Nigeriya matçı iyunun 30-da, Argetina – İsveçrə görüşü isə iyulun 1-də baş tutacaq.
Xatırladaq ki, daha öncə 1/8 finalda aşağıdakı komandaların qarşılaşacağı bəlli olmuşdu.
28 iyun
Braziliya – Çili
Kolumbiya – Uruqvay
29 iyun
Hollandiya – Meksika
Kosta Rika – Yunanıstan