İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, ötən gecə qrup mərhələsinə son vurulub.
G qrupunda ilk 2 oyunda aktivlərinə xal yazdıra bilməyən Asim Xudiyev və Ağabala Ramazanov son turdakı proqnozları hesabına 1/8 finala adlaya bilib.
H qrupunda isə Tahir Hümmətov son oyunda verdiyi dəqiq proqnoz hesabına xal ehtiyatını 4-ə çatdırıb. Finiş xəttinə onunla eyni xalla Fariz Yusifov da çatıb. Bu cütlük də 1/8 finala yüksəlib. Şəxsi görüşdə qələbə qazanan Yusifov "pley-off"a qrup qalibi kimi yollanıb.
G qrupu. ABŞ – Almaniya 0:1
Ağabala Ramazanov (futbolçu) - 1:2 - Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
Ramiq Ağaməmmədov (jurnalist) – 1:1 - Qalibi düzgün müəyyən edə bilməyib. Xal ehtiyatını artırmayıb.
G qrupu. Portuqaliya – Qana 2:1
Kənan Hakimov (jurnalist) – 4:1 - Qalibi düzgün məüyyən edib. Aktivinə 1 xal yazdırıb.
Asim Xudiyev (futbol veteranı) – 2:1 - Nəticəni düzgün müəyyənləşdirib. Aktivinə 3 xal yazdırıb.
Asim Xudiyev (futbol funksioneri) – 3
Ağabala Ramazanov (futbolçu) – 2
Ramiq Ağaməmmədov (jurnalist) – 1
Kənan Hakimov (jurnalist) – 1
Fariz Yusifov (hakim) – 0:2 - Qalibi düzgün müəyyənləşdirib. Aktivinə 1 xal yazdırıb.
Vüsal Mahmudov (jurnalist) – 0:2 - Qalibi düzgün müəyyənləşdirib.
Şahin Diniyev (futbol veteranı) – 0:1 - Qalibi düzgün müəyyən edə bilməyib. Xal ehtiyatını artırmayıb.
Tahir Hümmətov (jurnalist) – 1:1 - Nəticəni dəqiq müəyyənləşdirib. Aktivinə 3 xal yazdırıb.
Fariz Yusifov (hakim) – 4
Tahir Hümmətov (jurnalist) - 4
Şahin Diniyev (futbol veteranı) – 3
Vüsal Mahmudov (jurnalist) – 1
Beləliklə, 1/8 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.