
Havanın isti olması ilə əlaqədar Braziliya Peşəkar İdmançıları Federasiyası (BPİF) FİFA-ya öz narahatçılığını bildirib. Eyni zamanda BPİF hissələrin gedişatında məcburi 2 dəqiqəlik su fasiləsi elan edilməsi təklifini də FİFA-ya göndərib. Lakin Yozef Blatterin rəhbərlik etdiyi qurum bu təklifi də rədd edib: "Vəziyyətdən asılı olaraq, bu tip qərarlar hər bir görüşün hakimi tərəfindən qəbul edilə bilər”.