Hollandiya yığmasının hücumçusu Robin van Persi dünya çempionatını buraxa bilər. Sportnet.az-ın Hollandiya mətbuatına istinadən məlumatına görə, 30 yaşlı hücumçu yığmanın heyətində keçirilən məşq zamanı dizindən zədələnib.
İngiltərə "Mançester Yunayted”ində çıxış edən hücumçunun zədəsinin ağırlığı hələ müəyyənləşməyib. Lakin "narıncılar”ın məşqçilər heyəti van Persinin mundiala yollanmayacağından narahatdır.
Qeyd edək ki, Hollandiya yığması artıq bir aparıcı oyunçusunu itirib. Bu, martda dizindən zədələnmiş İtaliya "Roma”sının yarımmüdafiəçisi Kevin Strotmandır.