Kot d İvuar yığma komandasının 2014-cü il dünya çempionatı üçün heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 23 nəfərlik siyahıya ötən mövsümü Türkiyə Superliqasında keçirmiş 4 futbolçu dəvət alıb.
Qapıçılar: Bobakar Barri ("Lokoren", Belçika), Silven Qbohu ("Seve Sport"), Sayuba Mande ("Stabek", Norveç)
Müdafiəçilər: Jan–Daniyel Akpa-Akpro, Serj Oryo (hər ikisi "Tuluza", Fransa), Süleyman Bamba ("Trabzonspor", Türkiyə), Artur Boka ("Ştutqart", Almaniya), Diarrassuba Viera ("Rizəspor", Türkiyə), Konstant Cakpa ("Ayntraxt" Frankfurt, Almaniya), Kolo Ture ("Liverpool", İngiltərə)
Yarımmüdafiəçilər: Maks Qradel, İsmael Diomande (hər ikisi "Sent-Etyen", Fransa), Serey Di ("Bazel", İsveçrə), Şeyk Tyote ("Nyukasl", İngiltərə), Yaya Ture ("Mançester Siti", İngiltərə), Didye Zokora (Türkiyə "Trabzonspor"u, sabiq), Matis Bolli ("Fortuna" Düsseldorf, Almaniya)
Hücumçular: Didye Ya Konan ("Hannover", Almaniya), Jervinyo ("Roma", İtaliya), Didye Droqba (Türkiyə "Qalatasaray"ı, sabiq), Vilfred Boni ("Suonsi", İngiltərə), Salomon Kalu ("Lill", Fransa), Covanni Sio ("Bazel, İsveçrə).
Qeyd edək ki, Kot d İvuar yığması dünya çempionatının C qrupunda Kolumbiya, Yunanıstan və Yaponiya ilə birgə yer alıb.