Almaniya
millisinin yarımmüdafiəçisi Marko Roys Braziliyada keçiriləcək dünya
çempionatını buraxa bilər. Sportnet.az-ın "Bild”ə istinadən məlumatına görə, Dortmund
"Borussiya”sının futbolçusu Ermənistanla yoxlama oyununda (6:1) zədələnib.
Almaniya Futbol İttifaqı həkimlərin Roysun topuq bağlamalarının qırılması diaqnozunu qoyduğunu bildirib. Qeyd edək ki, yarımmüdafiəçi 1-ci hissənin son dəqiqəsində erməni Artur Yediqaryanla mübarizədə zədələnərək, əvəzlənib.