"Çelsi”nin
baş məşqçisi Joze Mourinyo dünya çempionatının final qarşılaşmasında İngiltərə
və Portuqaliyanın üz-üzə gələciyini proqnozlaşdırıb. Sportnet.az-ın məlumatına
görə, portəgizli mütəxəssis dünya çempionu İspaniyanın ¼ final səddini aşa bilməyəcəyini
bildirib.
Mourinyonun fikrincə, 1/8 finalda aşağıdakı cütlüklər üz-üzə gələcək:
Braziliya
– Hollandiya, Kot-d’İvuar – İngiltərə, Fransa –
Nigeriya, Almaniya – Belçika, İspaniya – Meksika, İtaliya – Yunanıstan, Argentina
– İsveçrə, Rusiya – Portuqaliya.
Yarımfinala gedən yolda isə, Braziliya – İngiltərə, Fransa – Almaniya, İspaniya – İtaliya, Argentina – Portuqaliya komandaları mübarizə aparacaqlar.
Don Jozenin fikrincə, dünya çempionatının 4 xoşbəxtlərinin cütlükləri
isə bu cür olacaq: İngiltərə - Almaniya, İtaliya – Portuqaliya.
Portəgizli 2014-cü ilin dünya çempionunun adını çəkməkdən imtina etsə də, onun fikrincə, finalda Portuqaliya və İngiltərə üz-üzə gələcəklər.