Braziliya prezidenti Dilma Rusef meydan sahibləri ilə Xorvatiya arasında keçiriləcək dünya çempionatının açılış matçında iştirak etməyəcək. Sportnet.az "AS" nəşrinə istinadən xəbər verir ki, Braziliya əhalisi ölkə başçısından narazıdır.
Rusef kütləvi şəkildə fitə basılacağından çəkinir. Xanım prezidentin əvəzinə DÇ-2014-ün açılış matçında Braziliyanın idman naziri Aldo Rebelo iştirak edəcək.
Qeyd edək ki, dünya çempionatının açılış matçı iyunun 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 1-də başlayacaq.
1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |