FIFA
qolların elektron yolla qeydə alınmasını nümayiş etdirib. Sportnet.az İTAR-TASS-a
istinadən xəbər verir ki, nümayiş Rio-de-Janeyroda, əfsanəvi "Marakana”
stadionunda baş tutub.
Stadiona
toplaşmış çoxsaylı jurnalist ordusu sistemin dəqiq işlədiyinə şahidlik edib. Qapıçı
meydançası və çərçivəyə nəzarət edən 7 sürətli kameralar sistemi "qol faktı”nı
bir dəfə də olsun diqqətdən qaçırmayıb. Qol qeydə alındıqdan 1 saniyə sonra hakimin
saatına quraşdırılmış xüsusi cihaza siqnal ötürülür. Referinin saatında dərhal
vibrasiya işə düşür və ekranda "qol” yazılır.
Qeyd edək ki, qolun avtomatik qeydə alınması mundialı qəbul edəcək 12 stadionun hamısında quraşdırılıb.