İngiltərə
yığmasının azarkeşi Toni Baddams Braziliyada keçiriləcək dünya çempionatında
milli komandasını qeyri-adi şəkildə dəstəkləyib. Sportnet.az-ın
"Mirror"a istinadən xəbərinə görə, 46 yaşlı fanat evinin üzərinə 300
müxtəlif həcmli bayraq və milli komandasının futbolkalarını asıb.
Baddamsın bu ideyası xanımının xoşuna gəlməsə də, o, ailə başçısının qərarını dəyişdirə bilməyib: "Toniyə 2 bayrağın kifayət edəcəyini desəm də, o, belə hadisənin 4 ildə bir dəfə olduğunu önə çəkərək, fikrindən daşınmayacağını bildirib”.