
FİFA DÇ-2014-ün ilk oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, dünya çempionatının açılış - Braziliya - Xorvatiya matçını yaponiyalı Yuiti Nisimura idarə edəcək.
A qrupunun digər matçı Vilman Roldana həvalə edilib. Kolumbiyalı referi Meksika - Kamerun görüşündə ədaləti qoruyacaq.
B qrupunda keçiriləcək İspaniya - Hollandiya görüşü italiyalı Nikola Ritsoliyə, Çili - Avstraliya qarşılaşması Kot-di'Vuar təmsilçisi Numandi Duya tapşırılıb.