Argentina yığmasının Braziliyada keçiriləcək dünya çempionatı ərəfəsində keçirdiyi açıq məşq zamanı, 10-dək azarkeş meydançaya daxil olub. Sportnet.az-ın The Guardian-a istinadən yaydığı məlumata görə, fanatlardan biri Lionel Messinin önündə diz çökərək, ayaqlarını öpüb.
Əfsanəvi hücumçu gülümsəyərək, azarkeşi qucaqlayıb və sonra da ona öz futbolkasını hədiyyə edib. Bundan sonra mühafizəçilər çılğın fanatı meydançadan çıxarıb. Digər azarkeşlər isə futbolçuların məşq etdiyi topu götürüb, aradan çıxmağı bacarıblar.
Qeyd edək ki, dünya çempionatında Argentina millisini 50 min fanat dəstəkləyəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |