
Braziliya yığmasının hücumçusu Neymar dünya çempionatının açılış matçının ən yaxşı oyunçusu seçilib. Sportnet.az-ın FİFA-nın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Xorvatiya milli komandası üzərində qazanılan 3:1 hesablı qələbədə Neymar ən böyük pay sahibi olub.
Meydan sahiblərinin forvardının 29 və 71-ci dəqiqələrdə vurduğu qollar, pentakampeonların qələbəsində həlledici rol oynayıb.