İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, ötən gecə daha 6 iştirakçı mübarizəyə qatılıb.
A QRUPU: MEKSİKA - KAMERUN 1:0
Rail Məlikov (futbolçu) – 2:1 - Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
Vəli Qasımov (veteran futbolçu) – 1:2 - Qalibi düzgün müəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Elçin Cəlilov (jurnalist) – 2:2 - Görüş heç-heçə başa çatmayıb. Xal ehtiyatını artıra bilməyib.
Mahir Rüstəmli (jurnalist) – 0:0 - Görüş heç-heçə başa çatmayıb. Xal ehtiyatını artıra bilməyib.
B QRUPU: ÇİLİ – AVSTRALİYA 3:1
Zamiq Hüseynov (futbol funsioneri) - 2:0 - Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
Anar Salmanov (hakim) - 2:0 - Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
Beləliklə, A qrupunda mübarizə aparan iştirakçılar arasında Rüstəm Rəhimov və Rail Məlikov hərəyə 2 xal toplayaraq, 1-2-ci yerləri bölüşdürürlər. Elman Himayətoğlunun - 1, Vəli Qasımovun isə - 0 xalları var.
B qrupunda isə Zamiq Hüseynov və Anar Salmanov hərəyə 2 xal toplayaraq liderliyə yüksəliblər. Mahir Rüstəmli və Elçin Cəlilov isə hələ ki, xal ehtiyatlarını artıra bilməyiblər.