Hollandiya yığmasının kapitanı Robin van Persi DÇ-2014-də İspaniya üzərində qazanılan 5:1 hesablı qələbədən sonra daha çox qol vurmaq şanslarının olduğunu bildirib. Sportnet.az-ın "De Telegraaf"a istinadən yaydığı məlumata görə, təcrübəli hücumçu tətbiq etdikləri yeni sxemdən ağızdolusu danışıb.
Dünya çempionları ilə oyunda qazanılan böyükhesablı qələbədən sonra, van Persi hələ heç nə etmədiklərini bildirib. O, komanda yoldaşlarını eyforiyaya qapılmamağa çağırıb: "Görüş 6:1, 7:1, hətta 8:1 hesabı ilə də xeyrimizə başa çata bilərdi. Əlimizə düşən imkanlardan yaxşı yararlandıq. Vurduğum ilk qol epizodunda Kasilyasın qapıdan xeyli irəli çıxdığını gördüm. Buna görə də riskə əl atdım. İndi bu qola baxıb, zövq ala bilərik. Qarşıda bizi Avstraliya gözləyir. Ancaq komandamıza inamım böyükdür. Biz güclüyük. Bunu 2-ci hissədə hamı gördü. Yeni sxem bizə çox uyğundur".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |