
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, iştirakçılar arasında nəticəni dəqiq proqnozlaşdırmağı bacaran ilk şəxs üçüncü oyun günündə müəyyənləşib.
Bu, "Space" TV-nin əməkdaşı Tural Xudiyevdir. O, D qrupunda mübarizə aparan İngiltərə - İtaliya qarşılaşmasında "Skuadra Adzurra"nın 2:1 hesablı qələbəsini əvvəlcədən dəqiq söyləyib. Bu "münəccimliyi" Xudiyevə 3 xal qazandırıb və D qrupunun vahid lideri edib.