
"Misli" İdman Mərc Oyunları Türkiyədə 2009-cu, Azərbaycanda isə 2022-ci ildən fəaliyyətə başlayıb.
Paytaxt və regionlarda 17 yanvar 2022-ci il tarixindən fəaliyyətə başlamış “Misli” məntəqələri idman mərc oyunları və lotereya həvəskarları üçün şans mərkəzidir. Misli.az veb-saytı isə idman yarışlarına əsaslanan sabit ehtimallı mərc və lotoreya oyunlarını dünya standartlarında öz müştərilərinə təklif edən rəsmi onlayn mərc məhsuludur. İdman mərc oyunları ilə bərabər əyləncəli və həyəcanlı virtual idman, virtual ani oyunlar və lotereya oyunları da misli.az saytında iştirakçıları gözləyir.
Bu məlumatı Misli.az saytının "Haqqımızda" bölməsindən götürdük. Sonrakı hissələrini isə skrin etmək zorunda qaldıq. Ona görə ki, bu təşkilatın lotereya sözünün düzgün yazılışını belə bilməyəcək qədər savadsızlığını müşahidə etdik. Özü də piar şöbəsinin rəhbəri jurnalist ola-ola.
Əcəba, bu insanların doğrudanmı lotereya sözünü "lotoreya" yazacaq qədər savadsızdırlar? Yəqin, bu sözün vaxtilə vağzal və çayxanalarda oynanılan lotodan əmələ gəldiyini düşünərək, lotereyanı "lotoreya" kimi yazmağı qərara alıbmışlar.
Bir qısa mətndə nə qədər "lotoreya" yazmaq olar? Vağzal və çayxana təfəkkürlü insanlar hansı savad və düşüncə ilə qanuni mərc oyunları keçirməkdən dəm vura bilərlər? Olsa-olsa onlar da Türkiyədəki böyük qardaşları "Misli.com" kimi insanları aldada bilərlər.
Azərbaycanda "Azərlotereya" və "Misli.az"ın insanlara hansı kələklər gəldiyi, problemlər yaşatdığı barədə dəfələrlə dövri mətbuatda yazılıb. Ən yaxşısı, lotereyanı "lotoreya" da yox, "lotureya" yazsalar daha yaxşı olar. Onsuz da özlərini "lotu" kimi aparmaq fikrinə düşüblər...