
"Liberty Media" şirkəti kommersiya hüquqlarına sahib olduğu Formula 1-i sata bilər.
Sportnet.az "The Times" nəşrinə istinadən xəbər verir ki, müqavilənin gələn il bağlanılması mümkündür.
"Liberty Media" Formula 1-in populyarlığının artması fonunda yarışa marağın azala biləcəyindən ehtiyatlanaraq, satış ideyasını nəzərdən keçirir.
Qeyd edək ki, "Liberty Media"nın 2024-cü ilin yekunu üzrə gəlirinin 3,65 milyard dollara yüksəldiyi açıqlanıb. Bu isə 2023-cü ilin göstəricisindən 14 faiz çoxdur.