
Azərbaycan millisinin qələbəsi beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır.
Sportnet.az xəbər verir ki bunu Azərbaycanın çövkən millisinin baş məşqçisi Namiq Orucov III MDB Oyunlarının qalibi olmaları barədə danışarkən deyib.
O bildirib ki, "İlk dəfədir MDB Oyunlarına qatılmışıq. Yarış çox yüksək səviyyədə keçirildi.
Təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu nailiyyətim Azərbaycan atçılığı üçün çox yüksək nəticədir.
Beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır. Çox şadıq ki, 50-yə yaxın ölkə Beynəlxalq Çövkən Federasiyasına üzv olunublar. Növbəti illərdə komandaların sayı arta bilər".
Qeyd edək ki Azərbaycanın çövkən millisi III MDB Oyunlarının final matçında Özbəkistanı üstələyib və qızıl medallara sahib çıxıb.