ABŞ-ın Ayova ştatında yerli kollecin beysbol komandasını daşıyan avtobus qəzaya uğrayıb.
Sportnet.az "CBS News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 32 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlardan üçü sanitar aviasiya vasitəsilə xəstəxanaya çatdırılıb. Həlak olan və yaralananların adları hələlik açıqlanmır.
İnsident çərşənbə günü səhər saatlarında baş verib. Avtobus yoldan çıxaraq aşıb. Qəza digər nəqliyyat vasitələrinin iştirakı olmadan qeydə alınıb.
Faktla bağlı polis araşdırma aparır.











































































