XXV Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Anastasiya Papatoma fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizəyə aparacaq.
Şef-de-mission Anar Bağırovun Sportnet.az-a verdiyi məlumata görə, yarışlar fevralın 18-də saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.
Yarış öncəsi hazırlıq prosesi barəsində də danışan Anar Bağırov bildirib ki, Anastasiya hazırda intensiv məşqlər edir:
"Anastasiya həm fiziki, həm də psixoloji olaraq yarışa köklənib. İdmançımızın tam istirahət etməsini və yarış öncəsi enerji toplamasını təmin etmək üçün ayın 17-də məşqi dayandırılacaq."
Qeyd edək ki, fevralın 10-da qısa proqramda mübarizə aparan fiqurlu konkisürənimiz Vladimir Litvintsevin çıxışı hakimlər tərəfindən 63,63 balla qiymətləndirilib. O, bu nəticə ilə sərbəst proqramda çıxış etmək hüququ qazana bilməyib.













































































