
Azərbaycan paytaxtında qadın tennisçilər arasında keçirilən "Baku Cup" turnirinin finalçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Rusiyanın erməni əsilli tennisçisi Marqarita Qasparyan həm fərdi, həm də qoşa yarışlarda həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Qasparyan fərdi mübarizədə yarımfinal görüşündə turnirin 2-ci raketkası, italiyalı Karin Knappı yenib - 6:3, 5:7, 6:3. Onun finaldakı rəqibi rumıniyalı Patrisiya Mariya Tiq olacaq.
Qoşa mübarizədə isə Marqarita Qasparyanın Aleksandra Panova ilə birgə təşkil etdiyi duet finalda Vitaliya Dyatçenko (Rusiya) - Olqa Savçuk (Ukrayna) cütlüyü ilə üz-üzə gələcək.
Hər iki görüş bu gün olacaq.
Qeyd edək ki, hər il Bakı Tennis Akademiyasında keçirilən "Baku Cup"un ümumi mükafat fondu 255 min dollardır.















































































