Azərbaycan nümayəndə heyəti iyulun 22-də Macarıstanın Dyor şəhərində start götürəcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) qatılacaq.
Milli Olimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, 65 nəfərlik heyətdə 41 idmançı yer alıb.
Onlardan 12-si cüdoçu, 10-u atlet, 6-sı velosipedçi, hərəyə 4-ü gimnast və üzgüçü, 3-ü tennisçi, 2-si kanoeçidir. Nümayəndə heyətinin rəhbəri kimi Vaqif Əliyev təyin olunub.
Qeyd edək ki, EYOF iyulun 30-dək davam edəcək.