İsveçrənin Makolin şəhərindəki Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransına yekun vurulub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı nazir Azad Rəhimov təmsil edib.
Konfransın aşılış günü İsvecrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Rəhimov isə sədr müavini seçilib. Tədbir ölkəmizin 31 oktyabradək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutub. Bu səbəbdən, açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Rəhimov çıxış edib. O, Azərbaycanın daim bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyini etdiyini və 2015-ci ildə ilk dəfə Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyini xatırladıb. Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Konfrans zamanı "İdmanın idarə olunmasında korrupsiya”, "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbul edilib.
Tədbir zamanı "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası" imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya ilmza atan ilk ölkə olub. İmzalanma mərasiminə Avropa Şurasının baş katibi Torbyom Yaqland da qatılıb.