Ukraynanın Odessa şəhərində ənənəvi "Grand-Prix Odessa" veloyürüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, 100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 km məsafə qət ediblər.
Yarışın qalibi adını isə Azərbaycanın Elit yığma komandası
və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov qazanıb
- o məsafəni 2 saat, 57 dəqiqə, 49 saniyəyə başa vurub. "Synergy
Baku"nun digər üzvü Aleksandr Surutkoviç Elçindən 20 saniyə geri qalmaqla
3-cü olub.
Qeyd edək ki, Odessa Qran-Prisi gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınacaq və 1.2 kateqoriyasına malik olacaq.